BAKI, 21 yanvar. TELEQRAF

İspaniyanın "Barselona" klubu Robert Levandovskinin gələcəyi ilə bağlı son qərarı futbolçunun öz ixtiyarına buraxacaq.

Teleqraf "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı hücumçunun qarşısına iki əsas şərt qoyub.

Yayda müqaviləsi bitən 37 yaşlı futbolçu gələn mövsüm ehtiyat oyunçu olmağa və maaşının azaldılmasına razı olmalıdır.

"Barselona" hazırda illik 26 milyon avro ödədiyi Levandovskinin maaşının iki dəfə azaltmaq istəyir.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsüm ərzində 22 oyunda şans qazanıb, 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub.