BAKI, 19 yanvar. TELEQRAF
Mərakeş yığmasına qarşı keçirilən Afrika Millətlər Kubokunun final oyunu Seneqal millisinin kapitanı Sadio Mane üçün yığma komanda forması ilə son matç olub.
Teleqraf xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu millisinin turnirdə çempion olması münasibəti ilə keçirilən mükafatlandırma mərasimindən sonra deyib.
"Təəssüf ki, bu, mənim son oyunumdur, lakin mən hər zaman Seneqalı dəstəkləyən on ikinci oyunçu olacağam", - deyə Mane bildirib.
Qeyd edək ki, Sadio Mane Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu seçilib. O, milli komanda karyerası ərzində keçirdiyi 124 oyunda 52 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb.