BAKI, 13 yanvar. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Xabi Alonso komandadan ayrıldıqdan sonra azarkeşlərə müraciət ünvanlayıb.
Teleqraf xəbər verir ki, 44 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Bu mərhələ başa çatdı. İşlər planlaşdırıldığı kimi getmədi. "Real Madrid"i çalışdırmaq şərəf və böyük məsuliyyət idi.
Kluba, oyunçulara və ən əsası azarkeşlərə təşəkkür edirəm. Mümkün olan hər şeyi etdiyim üçün buradan hörmət, minnətdarlıq və qürurla ayrılıram", - deyə Alonso yazıb.
Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından "Real Madrid"in baş məşqçisi idi. O, yanvarın 13-də klubdan göndərilib.