BAKI, 13 yanvar. TELEQRAF

İspaniyanın "Real Madrid" klubu Xabi Alonsonun ayrılığından sonra baş məşqçi axtarışına başlayıb.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, "kral klubu" bu post üçün bir neçə mütəxəssisi nəzərdən keçirir.

Mənbənin məlumatına görə, əsas namizəd İngiltərənin "Çelsi" komandasından qovulan Enso Mareskadır. Madrid təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssisin mümkün təyinatını araşdırır. Tərəflər arasında tezliklə danışıqların aparılacağı gözlənilir.

Qeyd edək ki, "Real Madrid"i müvəqqəti olaraq Alvaro Arbeloa çalışdıracaq.

.