BAKI, 9 yanvar. TELEQRAF
Təlim-məşq toplanışına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində hazırlaşan “Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Qazaxıstanın "Kayrat" klubu ilə gücünü sınayacaq.
“321 Sports Club” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.