AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" və "Qarabağ" komandaları arasında keçirilən oyunda baş verənlərlə bağlı qərar qəbul edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb, klub isə 10000 manat cərimələnib.
Qəbələ təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat da ödəməli olacaq.
"Qarabağ" isə bu oyunda azarkeşlərinin pirotexniki vasitədən istifadə edildiyinə və bunun cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 5000 manat cərimələnib.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən matçda "Qarabağ" 2:1 hesablı qələbəyə sevinib.