BAKI, 16 dekabr. TELEQRAF

“Barselona”nın və Polşa milli komandasının hücumçusu Robert Levandovski Lionel Messinin komanda yoldaşı ola bilər.

Teleqraf yerli mediaya istinadən xəbər verir ki, ABŞ-nin “İnter Mayami” klubu 37 yaşlı forvardı 2025-ci ilin sonunda müqaviləsi başa çatacaq Luis Suaresin əvəzləyicisi kimi transfer edəcək.

ABŞ klubu artıq Levandovski üçün Mayamidə yaşayış yeri axtarışına başlayıb.

Levandovskinin “Barselona” ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.