BAKI, 10 dekabr. TELEQRAF

ABŞ-nin Rays Universitetinin qızlardan ibarət tələbə komandasının futbolçusu Kler Treysi vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

19 yaşlı oyunçu dekabrın 7-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Treysinin cəsədi universitetin kampusundan kənarda, iki məhəllə aralıda yerləşən yaşayış kompleksində tapılıb.

Təhsil müəssisəsinin administrasiyasının sözlərinə görə, Kler Treysi 2024-cü ilin payızında Rays Universitetinə daxil olub.