BAKI, 10 dekabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda İspaniya “Barselona"sı öz meydanında Almaniyanın "Ayntraxt Frankfurt" klubu üzərində 2:1 hesablı qələbə qazanıb.

Teleqraf xəbər verir ki, “Kamp Nou”da keçirilən qarşılaşma Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Bir məhsuldar ötürmə ilə yadda qalan Yamal “Real Madrid”in oyunçusu Kilyan Mbappenin rekordunu qırıb.

“Squawka”nın məlumatına görə, Yamal 19 yaşa qədər futbolçular arasında Çempionlar Liqasında vurduğu qol və etdiyi ötürmələrin sayına görə Kilyan Mbappe müəyyənləşdirdiyi göstəricini ötüb.

Hazırda Yamalın hesabında 7 qol və 7 məhsuldar ötürmə var.