BAKI, 8 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib
Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.
***
18:03
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, buna səbəb Qəbələ şəhərində hökm sürən dumanlı hava şəraitidir.
Hakim briqadası matçın bərpası üçün bir qədər gözləməli olsa da, duman çəkilməyib və qarşılaşma təxirə salınıb. Matçın sabah keçiriləcəyi gözlənilir.
***
17:33
Azərbaycan Premyer Liqasının XIV turunun "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.
Teleqraf xəbər verir ki, buna səbəb Qəbələ şəhər stadionunda dumanlı hava şəraitinin olmasıdır.
Görüşün baş hakimi Tural Qurbanov 23-cü dəqiqədə komandaları soyunub-geyinmə otağına göndərib.