BAKI, 8 dekabr. TELEQRAF
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinatını alıb.
Teleqraf xəbər verir ki, 30 yaşlı ədalət qoruyucusu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Namik Hüseynovla Vüsal Məmmədov köməklik göstərəcək.
Qeyd edək ki, oyun dekabrın 9-da, "Centro Sportivo Bortolotti"da keçiriləcək.