BAKI, 7 dekabr. TELEQRAF

Rusiyanın "Dinamo Mahaçqala" klubunun baş məşqçisi Həsənbi Biciyev tutduğu vəzifədən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Dağıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis Mahaçqala komandasına 2024-cü ilin fevralından rəhbərlik edirdi. Onun rəhbərliyi altında "Dinamo" bütün turnirlərdə 78 matç keçirib, 25 qələbə qazanıb, 20 dəfə heç-heçə edib və 33 dəfə məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, "Dinamo Mahaçqala" 18 turdan sonra 15 xalla Rusiya Premyer Liqasının 13-cü pilləsində qərarlaşıb.