BAKI, 4 dekabr. TELEQRAF
“Flamenqo” klubu Braziliya A Seriyasının qalibi olub.
Teleqraf xəbər verir ki, Felipe Luisin rəhbərlik etdiyi komanda 78 xalla sona bir tur qalmış çempionluğunu təmin edib.
Bu, “Flamenqo” tarixinin 9-cu ölkə çempionluğu tituludur.
Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo “Flamenqo”nun şərəfini qoruyur.