BAKI, 30 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIII turunun son oyununda “Qəbələ” və “ Araz-Naxçıvan” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qırmızı-qaralar”dan Prins Ovusu ilə (15-ci dəqiqə) Adriel Ba Lua (59) fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu 34-cü dəqiqədə Bəxtiyar Həsənalızadə vurub.
Bununla da “Qəbələ” xallarının sayını 8-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. “Araz-Naxçıvan” 20 xalla altıncıdır.
Qeyd edək ki, növbəti turun oyunları 6-9 dekabrda keçiriləcək.