BAKI, 30 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, günün ilk oyununda “Sumqayıt “Şamaxı”nın qonağı olacaq.
Baş hakim Tural Qurbanovun idarə edəcəyi matç saat 14:00-da başlanacaq.
Turun son görüşü isə Qəbələdə eyniadlı komanda ilə “Araz-Naxçıvan” arasında baş tutacaq.
FIFA referisi Kamal Umudluya həvalə olunan qarşılaşmanın start fiti saat 16:30-da eşidiləcək.
Qeyd edək ki, növbəti turun oyunları 6-9 dekabrda keçiriləcək.
Azərbaycan Premyer Liqası
XII tur
30 noyabr
14:00. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu
16:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Qəbələ şəhər stadionu