BAKI, 20 noyabr. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Marko Asensio İspaniya "Real Madrid"inin gənc ulduzu Arda Gülərlə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, türkiyəli yarımmüdafiəçinin gələcəkdə Madrid təmsilçisi üçün vacib oyunçuya çevriləcəyini bildirib.
"Arda həqiqətən istedadlı və yüksək keyfiyyətli futbolçudur. Əminəm ki, o, indikindən daha yüksək səviyyəyə çatacaq. Arda artıq komandaya tam uyğunlaşıb. O, düzgün yoldadır. Daimi oyun təcrübəsi qazanarsa, onun tamamilə fərqli bir oyunçu olduğunu görəcəksiniz. Sözlərimi yadda saxlayın - Arda illər sonra "Real Madrid"in vacib oyunçularından biri olacaq", - deyə Asensio vurğulayıb.
Qeyd edək ki, Marko Asensio 2015-2023-cü illərdə "Real Madrid"də çıxış edib. Arda Gülər isə yetirməsi olduğu "Fənərbağça"dan 2023-cü ildə "kral klubu"na keçib.