BAKI, 17 noyabr. TELEQRAF

Norveç yığmasının futbolçusu Erlinq Holand Avropa zonası üzrə dünya çempionatlarının seçmə mərhələlərinin tarixinin bombardirlərindən biri adına yiyələnib.

Teleqraf xəbər verir ki, İtaliyaya qarşı qrup mərhələsinin son matçında (4:1) 25 yaşlı hücumçu dubl edərək qollarının sayını 16-ya çatdırıb.

O, 2018-ci ildə Rusiyada keçirilən mundialın seçmə mərhələsində 16 qol vuran polşalı Robert Levandovskinin nəticəsini təkrarlayıb.

Qeyd edək ki, Norveç millisi 28 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Onlar İtaliya, İsrail, Moldova və Estoniyanın daxil olduğu I qrupunu birinci yerdə bitiriblər.