BAKI, 16 noyabr. TELEQRAF

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

Matçın baş hakimi Andrei Çivulete olacaq. Ona Radu Ginkuleaç və Mixayta Nekula kömək edəcək. Dördüncü hakim funksiyasını isə George Katalin Roman yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 18-də Bakı vaxtı ilə saat 22:00-da “Europa Point Stadium”da keçiriləcək