BAKI, 11 noyabr. TELEQRAF

İspaniya "Barselona"sının futbolçusu Robert Levandovski klubla müqaviləsini uzatmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Sport.es”məlumat yayıb.

Mənbənin məlumatına görə, oyunçu və ailəsi Barselonadakı həyata tam uyğunlaşıb və özlərini rahat hiss edirlər. Səudiyyə Ərəbistanı Liqası kimi ekzotik bir liqaya keçmək ehtimalı, potensial olaraq sərfəli təkliflərə baxmayaraq, onu cəlb etmir.

Levandovskinin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Polşalı hücumçu klubda ən azı bir mövsüm keçirə biləcəyinə inanır və daha az oyun vaxtı ilə belə, əvəzedici rolunu qəbul etməyə hazırdır.

"Barselona" rəhbərliyi onun müqaviləsini uzatmamaq qərarına gələrsə, Levandovski təqaüdə çıxmağı düşünə bilər. Onun hədəfi "Barselona"da qalmaq və mümkünsə, karyerasını orada davam etdirməkdir.

“Sport.es” əvvəllər İtaliya "Milan"ının nümayəndələrinin 37 yaşlı futbolçunun potensial transferini müzakirə etmək üçün agenti Pini Zahavi ilə görüşdüyünü bildirmişdi. Bu mövsüm Levandovski "Barselona"da 11 oyun keçirib və dörd qol vurub.