BAKI, 23 oktyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, türkiyəli yarımmüdafiəçi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur çərçivəsində evdə İtaliya "Yuventus"unu 1:0 hesabı ilə məğlub etdikləri matçın ən yaxşı oyunçusu seçilib.

UEFA nümayəndəsi oyuna əsas heyətdə başlayıb 74-cü dəqiqədə əvəzlənən Gülərə mükafatı verərkən, o buna inanmayıb.

Həmin görüntüləri təqdim edirik: