BAKI, 16 oktyabr. TELEQRAF

Mövsümün sonunda İspaniyanın “Barselona” klubundan ayrılacaq polşalı hücumçu Robert Levandovskiyə maraq göstərən klubların adı bəlli olub.

Teleqraf “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu 37 yaşlı forvard üçün əlverişli şərtlər təklif etməyə hazırdır.

Səudiyyə Ərəbistan klubları da Levandovskinin xidmətlərində maraqlıdır. Lakin futbolçu hazırda karyerasını bu ölkədə davam etdirmək istəmir.

Qeyd edək ki, Levandovski 2025/2026 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 9 oyunda iştirak edib və 4 qol vurub. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun dəyəri 10 milyon avrodur.