BAKI, 14 oktyabr. TELEQRAF

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski ciddi zədə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı forvard Polşa milli komandasının düşərgəsində sol bud nahiyəsindən zədələnib.

Levandovskinin sağalma müddəti onun müalicəsindən asılı olacaq.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm ərzində La Liqada keçirdiyi 7 oyunda 4 qolla yadda qalıb.

Oktyabrın 12-də DÇ-2026-nın seçmə mərhələsinin 8-ci oyununda Polşa Litvanı 2:0 hesabı ilə məğlub edib. Qollardan birini Robert Levandovski vurub.