BAKI, 12 oktyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubu yollarını ayırmaq istədiyi Robert Levandovskinin əvəzləyicisini tapıb.
Teleqraf “Sport.es” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı oyunçunun yerinə “Levante”nin 21 yaşlı hücumçusu Karl Eyonqu nəzərdən keçirir.
Klub kamerunlu futbolçunun Ferran Torreslə rəqabət aparmaq gücündə olduğuna inanır. “Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvarezdə maraqlı olsa da, hazırda Eyonqun transferini prioritet hesab edir.
“Levante”nin hücumçusu cari mövsümdə La Liqada keçirdiyi 7 oyunda 4 qol vurub və 3 assist ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Levandovski 2022-ci ildən Kataloniya təmsilçisinin formasını geyinir.