BAKI, 11 oktyabr. TELEQRAF

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun hakimləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Bakıda təşkil ediləcək matçın baş hakimi Sayat Karabayev olacaq.

Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də "Liv Bona Dea Arena" keçiriləcək.