BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Teleqraf xəbər verir ki, turun oyununda “Qəbələ” və “Şamaxı” klubları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə qonaqlar minimal hesablı qələbə qazanıb.

Matçda yeganə qolu 8-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub.

Bununla da “Şamaxı” xallarının sayıbı 9-a çatdıraraq 7-ci pilləyə yüksəlib. “Qəbələ” 4 xalla 11-cidir.

Qeyd edək ki, növbəti turun oyunları 17-19 oktyabrda keçiriləcək.