BAKI, 26 sentyabr. TELEQRAF
İsveçin "Malmö” klubu baş məşqçi Henrik Ridströmü istefaya göndərib.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Klubun prezidenti Anders Polsson qərarı belə izah edib: "Uzun müddətdir ki, idman nəticələrində çatışmazlıqları müşahidə edirdik. Bu müddətdə dəstək göstərməyimizə və əlavə dəstək ayırmağımıza baxmayaraq, irəliləyiş əldə etmədik. Məhz buna görə də Henriklə yollarımızı ayırmaq qərarına gəldik".
İsveç təmsilçisi Avropa Liqasında evdə "Ludoqorets"ə 1:2 hesabı ilə məğlub olub. Komanda "Kopenhagen"ə bu mövsüm 0:5 hesablı məğlubiyyətdən sonra Çempionlar Liqasına vəsiqədən kənarlaşdırılmışdı.
Qeyd edək ki, Ridström 2022-ci dekabrın 1-də "Malmö"nün baş məşqşçi postuna keçib.