BAKI, 9 sentyabr. TELEQRAF
"Kəpəz"dən ayrılan futbolçu İlkin Qırtımovun yeni komandası müəyyənləşib.
Teleqraf xəbər verir ki, 34 yaşlı müdafiəçi I Liqa təmsilçisi "Zaqatala"ya keçib.
Qırtımovla imzalanan müqavilə barədə məlumat verilmir.
Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan millisinin heyətində 4 oyunda iştirak edib.