BAKI, 7 sentyabr. TELEQRAF

“Real Madrid”in və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər “Barselona”nın və İspaniya yığmasının hücumçusu Lamin Yamal barədə danışıb.

Teleqraf xəbər verir ki, 20 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Türkiyə – İspaniya oyunu barədə “Goal” nəşrinə açıqlama verib

O, rəqibini yüksək qiymətləndirib: “Bizim Laminlə mövqelərimiz və oyun üslublarımız fərqlidir. Buna görə də müqayisə etmək düzgün olmazdı. O, “Barselona”da oynayır, mən isə “Real”da. Sabah ona uğurlar arzulayıram. Yamalın etdikləri məni təəccübləndirmir. Onun böyük istedadı var, bizə çətinlik yaratmaq üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, Türkiyə - İspaniya görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.