BAKI, 30 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasının III turunda "Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.

Teleqraf xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 9-cu dəqiqədə “qırmızı qaralar”ın üzvü Adriel Ba Lua açıb.

Muxtar Respublika təmsilçisinin futbolçusu Ba-Muaka Simakala 30-cü dəqiqədə hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra isə Felipe Santos komandasının ikinci qolunu vurub.

Bu qələbə ilə Elmar Baxşıyevin komandası xallarının sayını 7-yə çatdıraraq lider “Sumqayıt”la “Zirə”yə çatıb. Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv 1 xalla 10-cudur.

Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.