BAKI, 21 avqust. TELEQRAF

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Karvan-Yevlax"la keçirilən matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.