BAKI, 14 avqust. TELEQRAF

"Zirə” klubu məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi səhifəsi məlumat yayıb.

34 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Eltun Yaqublu 2020-ci ildən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun köməkçisi idi.