BAKI, 10 avqust. TELEQRAF
Bu yaxınlarda Kanadanın “Vankuver” klubuna transfer olunan Tomas Müller bir sıra xatirə əşyalarını xeyriyyə hərracına çıxarıb.
Teleqraf “United Charity"yə istinadən xəbər verir ki, hərracdan əldə olunacaq gəlir yaxınlarını itirmiş uşaqlara və yeniyetmələrə dəstək göstərən fonda yönləndiriləcək.
Əşyalar arasında 36 yaşlı hücumçunun Kanada klubunda geyindiyi ilk forma da var. Həmçinin, Müllerin oyun formaları, sviterləri, imzalı butsuları, “Bavariya”dakı son matçından (mayın 10-da, “Borussiya” Münhenqladbax”na qarşı 2:0) qalmış künc bayrağı, 200 illik palıddan hazırlanmış oyunçunun natural ölçüdə taxta heykəli və digər xatirə əşyaları satışa çıxarılıb.
Qeyd edək ki, Tomas Müller FIFA Klublararası Dünya Çempionatının bitməsindən sonra Almaniya “Bavariya”sından ayrılıb. Münhen təmsilçisinin heyətində 756 oyun keçirən hücumçu 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb. Müller “Bavariya” ilə 33 kubok qazanıb.