BAKI, 6 avqust. TELEQRAF
“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.