BAKI, 21 iyul. TELEQRAF
“Biz daha çox Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq edirik. Bu idman növlərinin bir-birinə oxşar xüsusiyyətləri var. Birlikdə müzakirələr aparırıq”.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov deyib.
O, "Daxilinizdə komanda idman növləri üzrə federasiyalarla, xüsusən Azərbaycan Basketbol Federasiyası ilə rəqabət hissi varmı” sualına bu cür cavab verib: “AVF olaraq, digər idman növləri ilə hər hansı rəqabətimiz yoxdur. Hər bir idman sahəsində baş verən bütün müsbət proseslərə sevinirik. Olimpiya Oyunlarında boksda, cüdoda, taekvondoda və güləşdə nəticələrimiz var. Dünya çempionatlarında digər idman növlərində də uğurlarımız olub. AVF bu məsələdə digər federasiyalarla rəqabət aparmır. Minifutbol millimizin Bakıdakı dünya çempionatında qalib olması da bizi sevindirir”.