BAKI, 8 iyul. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gecə ilk finalçı müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyun günündə Braziliyanın “Fluminense” komandası İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək.

İst Raterford şəhərindəki “MetLayf” stadionionunda keçiriləcək qarşılaşmanı fransalı hakim Fransua Leteksyö idarə edəcək.

Klublararası dünya çempionatı, 1/2 final

8 iyul

23:00. “Fluminense” (Braziliya) - “Çelsi” (İngiltərə)

Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da PSJ (Fransa) ilə “Real Madrid" (İspaniya) komandaları arasında olacaq.