BAKI. 5 iyul. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir yarımfinalçı müəyyənləşib.

Teleqraf xəbər verir ki, 1/4 final mərhələsində “Çelsi” Braziliyanın “Palmeyras” klubunu 2:1 hesabı ilə məğlub edib.

Matçda hesabı 16-cı dəqiqədə “Çelsi”nin yarımmüdafiəçi Koul Palmer açıb. 53-cü dəqiqədə braziliyalılar Estevaonun qolu sayəsində hesabı bərabərləşdiriblər.

İngiltərə klubu 83-cü dəqiqədə müdafiəçi Malo Qyustonun zərbəsindən sonra braziliyalı qapıçı Vevertonun avtoqolu sayəsində qələbəyə nail olub.

İngiltərə təmsilçisi yarımfinalda da Braziliya klubu ilə qarşılaşacaq. Londonlular finala vəsiqə uğrunda “Fluminense”ni sınağa çəkəcəklər.