BAKI. 5 iyul. TELEQRAF

Rusiya yığma komandasının sabiq futbolçusu Fyodor Smolov Moskvanın mərkəzində iki nəfəri döyüb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 28-də səhər saat 7:30-da "Coffee Mania"da baş verib.

İnsidentin videosu isə ictimaiyyətə yeni məlum olub.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Məşhur futbolçu ötən mövsüm “Krasnodar”ın heyətində Rusiya çempionu olub. Mayın 27-də klub hazırda azad agent olan 35 yaşlı hücumçu ilə müqavilənin bitdiyini açıqlayıb.

Qeyd edək ki, həmin kafedə futbolçuların iştirakı ilə əvvəllər də qalmaqal baş verib. 2018-ci ildə Rusiya millisinin sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev də həmin obyektdə dava salmışdılar.