BAKI, 29 iyun. TELEQRAF

Londonun "Çelsi" klubu ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 finalında "Benfika"nı məğlub edib.

Teleqraf xəbər verir ki, "Bank of America" ​​stadionunda keçirilən qarşılaşmada İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə udub.

Oyunda hesabı 64-cü dəqiqədə “Çelsi”li Ris Ceyms açıb. “Benfika” 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Anxel Di Mariya penaltini qola çevirib.

Əlavə vaxtda London klubu üç qol vuraraq, qalib gəlib. “Çelsi”nin heyətində Kristofer Nkunku, Pedro Neto və Kirman Dyusberi-Hall fərqlənib. Canluka Prestianni meydandan qovulduğundan, "Benfika" 92-ci dəqiqədən etibarən azlıqda qalıb.

“Çelsi” 1/4 finalında Braziliya “Palmeyras”ı ilə qarşılaşacaq.

Yada salaq ki, matç hava şəraitinə görə 86-cı dəqiqədə hesab 1:0 "Çelsi"nin xeyrinə olarkən yarımçıq dayandırılmışdı.

***

02:26

İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” klubları arasında keçirilən futbol üzrə klublararası dünya çempionatının 1/8 final matçı hava şəraitinə görə yarımçıq qalıb.

Teleqraf xəbər verir ki, görüş Şarlottada (Şimali Karolina, ABŞ) keçirilir.

Oyun 86-cı dəqiqədə dayandırılıb və hesab 1:0 "Çelsi"nin xeyrinə olub.