BAKI, 27 iyun. TELEQRAF

“Qəbələ” futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə uzadılmayıb.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.

Qeyd edək ki, Elvin Yunuszadə 2014-cü ildə Azərbaycan millisinin heyətində meydana çıxdığı 3 oyunda 1 qol müəllifi olub.