BAKI, 27 iyun. TELEQRAF

"Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Jud Bellingem 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Teleqraf İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu klublararası dünya çempionatında iştirakı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacaq.

O, bərpa prosesi zamanı 9-10 matçı buraxacaq.

Məlumata görə, 21 yaşlı yarımmüdafiəçi 3 aylıq reabilitasiya prosesi keçəcək və oktyabra kimi futbol oynaya bilməyəcək.

İngilis ulduzun məzuniyyətini çiyin əməliyyatına qurban verəcəyi də qeyd edilir.