BAKI. 27 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, H qrupunda III turun oyununda "Real Madrid" Avstriyanın "Zaltsburq" klubunu 3:0 hesabı ilə məğlub edib.

Səudiyyə Ərəbistanının "Əl Hilal"ı isə Meksika "Paçuka"sından üstün olub - 2:0.

Beləliklə, "Real Madrid" (7 xal) və "Əl Hilal" (5) qrupda ilk pillələri tutaraq, pley-off mərhələsinə yüksəliblər.

"Zaltsburq" (4) və "Paçuka" (0) mübarizəni dayandırıb.

III tur oyunlarından sonra 1/8 final cütlərinin tərkibi müəyyənləşib:

28 iyun

20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)

00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

29 iyun

20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)

00:00. "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).

30 iyun

23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya)

1 iyul

05:00. “Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya)

2 iyul

05:00. "Borussiya" (Dortmund, Almaniya) - "Monterrey" (Meksika).