BAKI, 27 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin daha 2 görüşü keçirilib.

Teleqraf xəbər verir ki, G qrupunda İngiltərənin “Mançester Siti” komandası İtaliya “Yuventus”unu 5:2 hesabı ilə darmadağın edib.

Qrupun digər oyununda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubu Mərakeş "Vidad"ını 2:1 hesabı ilə üstələyib.

Qrupda ilk 2 yeri tutan “Mançester Siti” (9 xal) və “Yuventus” (6) növbəti mərhələyə vəsiqə qazanıb. “Əl Ayn” (3) və “Vidad”ın (0) mübarizəni dayandıracağı ötən turdan bəlli idi.