BAKI, 27 iyun. TELEQRAF
Niderlandın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının qalibi olub.
Teleqraf xəbər verir ki, Niderland komandası finalda İspaniya seçməsini 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu 63-cü dəqiqədə Raul Ximenes öz qapısına vurub.