BAKI, 25 iyun. TELEQRAF
Klublararası Dünya Çempionatının C qrupunda "Benfika" və "Bavariya"nın qarşılaşdığı 3-cü turun oyunu keçirilib.
Teleqraf xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Portuqaliya klubunun xeyrinə başa çatıb. Oyunda yeganə qolu 13-cü dəqiqədə “Benfika”nın yarımmüdafiəçisi Andreas Şyolderup vurub.
Qrupda keçirilən 3-cü turun “Boka Xuniors” və “Oakland Siti” oyunu ikinci hissədə hesab 1:1 olarkən, pis hava şəraiti səbəbindən dayandırılıb.
“Boka Xuniors” - “Oakland Siti” matçının nəticəsindən asılı olmayaraq “Benfika” və “Bavariya” 1/8 finalına vəsiqə qazanıb. “Benfika” 7 xalla 1-ci, "Bavariya" 6 xalla 2-ci yeri tutub.