BAKI, 21 iyun. TELEQRAF

ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının C qrupunda 2-ci tura yekun vurulub.

Teleqraf xəbər verir ki, Mayamidə Almaniya “Bavariya”sı Argentinanın “Boka Xuniors” klubunu 2:1 hesabı ilə məğlub edib.

Hesabı 18-ci dəqiqədə münhenlilərin ingilis hücumçusu Harri Keyn açıb. 66-cı dəqiqədə Cənubi Amerika klubunun uruqvaylı hücumçu Migel Merentiel hesabı bərabərləşdirib. “Bavariya”nın qələbə topunu 84-cü dəqiqədə Mixael Olişe vurub.

“Bavariya” 2 oyundan sonra 6 xalla qrupda yenidən liderliyə yüksəlib. "Benfika" 4 xalla ikinci yerdədir. “Boka Xuniors” 1 xalla üçüncü sırada mövqe tutub. Hər iki oyunu uduzan Yeni Zelandiyanın “Oklend Siti” komandası qrupda sonuncudur.