BAKI, 21 iyun. TELEQRAF
Klublararası Dünya Çempionatının D qrupunda 2-ci tura yekun vurulub.
Teleqraf xəbər verir ki, ABŞ-nin “Los Anceles” klubu gözlənilmədən Tunisi təmsil edən “Esperans”a uduzub – 0:1.
Matçda yeganə qolu 71-ci dəqiqədə 33 yaşlı əlcəzairli yarımmüdafiəçi Yusef Belayli vurub. Oyunun 90+11-ci dəqiqəsində “Los-Anceles”in hücumçusu Denis Buanqa penaltidən fəqlənə bilməyib. Amerika komandasının heyətində məşhur fransalı hücumçu Olivier Jiru da yer alıb. 38 yaşlı forvard 88-ci dəqiqədə əvəzlənib.
Yada salaq ki, turun digər oyununda “Flamenqo” İngiltərə “Çelsi”sini 3:1 hesabı ilə məğlub edib. 2 turdan sonra “Flamenqo” 6 xalla liderdir. “Çelsi” və “Esperans”ın 3 xalı var. Hər iki oyunu uduzan “Los Anceles”in xalı yoxdur.