BAKI, 21 iyun. TELEQRAF
Argentina “River Pleyt”nin baş məşqçisi Marselo Qallardo "Əl Nəsr"in hücumçusu Kriştianu Ronaldunu komandasına dəvət etdiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, çalışdırıcı 40 yaşlı portuqaliyalı ulduzun Klublararası Dünya Çempionatında oynamasına can atıb.
Qallardo bildirib: “Ronaldu ilə bağlı yayılan məlumatlar həqiqətdir. Bu, martın ortalarında baş verdi. Mən ortaq bir dostum vasitəsilə ona yaxınlaşdım və dedim: Klublararası Dünya Çempionatı yaxınlaşır. Orada oynamaq istəmirsən? O, təklifimi qiymətləndirdi, lakin növbəti mövsümə hazırlaşmaq üçün dincəlməyə üstünlük verdi".
Qeyd edək ki, Ronaldunun heyətində yer aldığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr”i kublararası dünya çempionatında iştirak etmir.