BAKI, 20 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün II turun növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyunu C qrupunda Portuqaliyanın "Benfika" klubu ilə Yeni Zelandiya təmsilçisi "Oklend Siti" arasında baş tutacaq.

Orlandodakı "İnter&Co" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu qrupun digər matçı isə "Bavariya" (Almaniya) və "Boka Xuniors" (Argentina) arasında oynanılacaq.

"Qarabağ"ın sabiq futbolçusu Juninyo Olaviyonun şərəfini qoruduğu Braziliya "Flamenqo"su D qrupunda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

D qrupunun digər qarşılaşması yerli "Los-Anceles" və "Esperans" (Tunis) arasında təşkil olunacaq.

FIFA Klublararası Dünya Çempionatı

II tur

C qrupu

20:00 "Benfika" (Portuqaliya) - "Oklend Siti" (Yeni Zelandiya)

05:00 "Bavariya" (Almaniya) - "Boka Xuniors" (Argentina)

Xal durumu: "Bavariya" - 3, "Benfika" - 1, "Boka Xuniors" - 1, "Oklend Siti" - 0.

D qrupu

22:00 "Flamenqo" (Braziliya) - "Çelsi" (İngiltərə)

02:00 "Los-Anceles" (ABŞ) - "Esperans" (Tunis)

Xal durumu: "Flamenqo" - 3, "Çelsi" - 3, "Esperans" - 0, "Los-Anceles" - 0.