BAKI, 19 iyun. TELEQRAF

Klublararası Dünya Çempionatı çərçivəsində keçirilən "Paçuka" - "Zaltsburq" matçı yekunlaşıb.

Teleqraf xəbər verir ki, H qrupunda baş tutan qarşılaşma Avstriya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

ABŞ-də keçirilən matç ikinci hissədə hesab 1:0 “Zaltsburq”un xeyrinə olarkən, yarımçıq dayandırılmışdı.

Təxminən 2 saatdan sonra oyun qaldığı yerdən davam etdirilib.

Yada salaq ki, qrupda keçirilən digər oyunda “Real Madrid” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu uda bilməyib (1:1).

***

03:49

Klublararası Dünya Çempionatının “Paçuka” – “Zaltsburq” matçı fırtına xəbərdarlığı səbəbindən təxirə salınıb.

Teleqraf xəbər verir ki, ABŞ-də keçirilən matç ikinci hissədə hesab 1:0 “Zaltsburq”un xeyrinə olarkən dayandırılıb.

Bundan sonra güclü yağış yağmağa başlayıb. Matçın sonrakı taleyi ilə bağlı hələlik məlumat yoxdur.