
BAKI, 19 iyun. TELEQRAF
Klublararası Dünya Çempionatının H qrupunun ilk turunun oyununda “Real Madrid” Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu məğlub edə bilməyib – 1:1.
Teleqraf xəbər verir ki, Qonsalo Torres 34-cü dəqiqədə ispan komandasını hesabda önə keçirib. 41-ci dəqiqədə Ruben Neves penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
90+2-ci dəqiqədə “Real”lı Federiko Valverde penaltini qola çevirə bilməyib.
Qrupda keçiriləcək digər oyun bu gün Bakı vaxtı ilə saat 02:00-də "Paçuka" (Meksika) və "Zaltsburq" (Avstriya) arasında olacaq.